Xəzər Xəbər

Şamil Basayevin dəstəsinin üzvləri saxlanılıb

Dünya | 16:08 • 21 Oktyabr 2020
Şamil Basayevin dəstəsinin üzvləri saxlanılıb

1999-cu ildə Dağıstana təşkil olunmuş hücumun iştirakçılarından ikisi tutulub.


"RİA Novosti”nin yaydığı xəbərə görə, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətindən (FTX) bildirilib.


Saxlanılanlar Stavropol vilayətindən olan 1975-ci il təvəllüdlü Rəsul Maylubayev və 1977-ci il təvəllüdlü Zahir Yaqubovdur.


Onlar 1999-cu ildə Şamil Basayev və Əmir Xəttabın dəstəsi tərəfindən Dağıstanın Botlix rayonuna təşkil olunmuş hücumda iştirak ediblər.


Həmin hücum zamanı 280 nəfər həlak olub, 800 nəfər yaralanıb.

Xəbər lenti