Xəzər Xəbər

Qlobal pandemiya daha da pisləşəcək Bill Qeyts

Dünya | 12:58 • 21 Oktyabr 2020
Qlobal pandemiya daha da pisləşəcək

Qlobal koronavirus pandemiyası vəziyyət sabitləşmədən əvvəl daha da pisləşəcək və ən azı 2021-ci ilə qədər təhlükə yaratmağa davam edəcək.


Bu barədə GeekWire sammiti zamanı "Microsoft”un qurucusu Bill Qeyts bildirib.


O, qapalı yerlərdə insanların sayının artması və havaların soyuması ilə həm Avropada, həm də ABŞ-da yeni bir koronavirus dalğası gəldiyini vurğulayıb: "Beləliklə, payız dövründə ölüm sayında artım gözləyə bilərik”.


Sahibkar bundan sonra vəziyyətin yaxşılaşacağını söyləyib: "Yaxşı xəbər ilin sonuna və ya gələn ilin əvvəlinə qədər daha təsirli dərmanların – ilk növbədə monoklonal antikorların görünməsidir”.


Bill Qeyts qeyd edib ki, peyvəndlər inkişaf mərhələsindədir.


"Çox güman ki, gələn ilin əvvəlində sınaqların üçüncü mərhələsində olan ilk altı peyvənddən ikisi və ya üçü təsdiqlənəcək. Və bu, infeksiyaların azaldılmasına kömək edəcək” deyib.


"Microsoft”un qurucusu peyvəndlərin olduğu təqdirdə məktəblərin yenidən açılacağına ümid etdiyini söyləyib.


"Virusun bütün dünyada yayılması sona çatana qədər pandemiyanı heç bir yerdə tamamilə məğlub edilə bilməyəcəyik”.  Bill Qeyts fikirlərini belə yekunlaşdırıb./konkret.az

Xəbər lenti

Çox oxunanlar