Xəzər Xəbər

Paşinyanın döyüşlər başlayandan zəng etdiyi ölkələr SİYAHI

Dünya | 11:44 • 20 Oktyabr 2020
Paşinyanın döyüşlər başlayandan zəng etdiyi ölkələr

Sentyabrın 27-də Ermənistan təxribatına cavab olaraq Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatına başlayıb.


Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları, işğal olunmuş ərazilərimizin azad olunması Ermənistanın baş nazirini çıxılmaz vəziyyətə salıb. Paşinyan gün ərzində bir neçə dəfə müxtəlif dünya liderlərinə zəng edərək kömək istəyir.


N.Paşinyanın döyüşlər başlayandan bu günə qədər zəng edib kömək istədiyi rəsmi şəxsləri təqdim edirik. Qeyd edək ki, bu siyahıdakılar qeydə alınmış zənglərdir, qeydə alınmayan zənglərin sayı isə daha çoxdur.


Rusiya prezidenti Vladimir Putin - 5 dəfə


Fransa prezidenti Emmanuel Makron - 4 dəfə


Almaniya kansleri Angela Merkel - 3 dəfə


BMT-nin baş katibi Antonio Quterreş - 1 dəfə


İran prezidenti Həsən Ruhani - 1 dəfə


Avropa İttifaqı Şurasının sədri Şarl Mişel - 1 dəfə


Belarus prezidenti Aleksandr Lukaşenko - 1 dəfə


ABŞ prezidentinin müşaviri Robert O'Brien - 1 dəfə


Avstriyanın baş naziri Sebastian Kurz - 1 dəfə


Hollandiyanın baş naziri Mark Rutte - 1 dəfə


Kanadanın baş naziri Castin Trüdo - 1 dəfə

 

///Trend


Xəbər lenti