Xəzər Xəbər

İsveç karantinə hazırlaşır

Dünya | 12:38 • 23 Sentyabr 2020
İsveç karantinə hazırlaşır

İsveç hakimiyyəti tənqidlərə məruz qaldıqdan sonra fikirlərini dəyişib və yaxın gələcəkdə karantin tətbiq etməyə hazırlaşır.


Bu barədə "Bloomberg” xəbər yayıb.


Bildirilir ki, yoluxmuş insanların sayının artması halında belə bir addım atılacaq.



Ölkənin baş epidemioloqu Adres Tegnellin sözlərinə görə, son həftələrdə xüsusən paytaxt Stokholmda bütün yaş qruplarında xəstəlik sayında artım qeydə alınıb.


Tegnell hazırda mümkün tədbirlərin sərtləşdirilməsi və tam karantin tətbiq olunmasının hökumət tərəfindən müzakirə edildiyini, son qərarın hələ verilmədiyini vurğulayıb.


O, hansı məhdudiyyətlərin tətbiq olunacağını açıqlamayıb.


Stokholm səhiyyə şöbəsinin müdiri Byorn Erikson da eyni mövqedən çıxış edərək vətəndaşları həkimlərin tövsiyələrini yerinə yetirməyə və sosial məsafəni qorumağa çağırıb.


İsveç koronavirus pandemiyası ilə əlaqədar sərt tədbirlər görməkdən imtina edən yeganə Avropa ölkəsidir. Hökumət bunun milli iqtisadiyyat üçün ciddi zərbələrin qarşısını alacağını müdafiə edirdi./oxu.az

Xəbər lenti