Xəzər Xəbər

Yaponiya əcnəbilərin ölkəyə girişinə qismən icazə verir

Dünya | 12:20 • 23 Sentyabr 2020
Yaponiya əcnəbilərin ölkəyə girişinə qismən icazə verir

Oktyabrın əvvəlində əcnəbilərin Yaponiyaya səfər etməsinə qismən icazə veriləcək.


Bu barədə "Asahi” qəzeti hökumətdə olan mənbələrinə istinadla xəbər yayıb.


Sözügedən qərar, əsasən, ölkəyə işgüzar və təhsil məqsədilə üç aydan artıq müddətə gələnlərə şamil ediləcək. Hələlik turistlərin gəlməsi məsələsinə baxılmayacaq.


Ölkəyə gələnlərin hər biri 14 gün karantində qalacaq. Həmçinin, bu qərarla da bir sıra məhdudiyyətlər qoyulub. Belə ki, ölkəyə gün ərzində mindən artıq insan gələ bilməz.


Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq Yaponiya sərhədlərini 159 ölkə ilə bağlayıb. Hazırda koronavirusla bağlı vəziyyətin normal olduğu 16 ölkə ilə gediş-gəlişin qismən bərpası danışıqları aparılır./oxu.az

Xəbər lenti