Xəzər Xəbər

ABŞ və Polşa hərbi əməkdaşlığı gücləndirir

Dünya | 14:45 • 15 Avqust 2020
ABŞ və Polşa hərbi əməkdaşlığı gücləndirir

ABŞ hərbçilərinin Polşadakı iştirakını gücləndirən Genişləndirilmiş Müdafiə Əməkdaşlığı Sazişi imzalanıb.


Bu barədə "Twitter”də ABŞ-ın Polşadakı səfiri Corcetta Mosbaxer məlumat verib.


Qeyd olunub ki, bu saziş bu gün paytaxt Varşavada Polşa Prezidenti Anjey Duda, ABŞ-ın dövlət katibi Mayk Pompeo və Polşanın müdafiə naziri Mariuş Blaşakın iştirakı ilə imzalanıb.


Səfir bildirib ki, saziş ABŞ-ın Polşadakı hərbi iştirakının gücləndirilməsinə və uzadılmasına xidmət edəcək.


Qeyd edək ki, iki ölkə arasında razılaşma hələ iyulun 31-də əldə olunmuşdu./Report

Xəbər lenti