Xəzər Xəbər

İranda koronavirusa yoluxanların sayı 341 mini ötdü

Dünya | 14:20 • 15 Avqust 2020
İranda koronavirusa yoluxanların sayı 341 mini ötdü

İranda daha 161 nəfər koronavirusun qurbanı olub.


Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.


Məlumata görə, İranda, ümumilikdə, 19 492 nəfər pandemiyanın qurbanı olub.


Son sutkada daha 2 245 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 341 070-ə yüksəlib.


Məlumatda həmçinin 3 911 nəfərin ağır vəziyyətdə olduğu, 295 630 nəfərin isə sağaldığı vurğulanıb.


Xəbər lenti