Xəzər Xəbər

Paşinyanın frkasiyasının deputatı mandatından imtina etdi

Dünya | 12:05 • 14 Avqust 2020
Paşinyanın frkasiyasının deputatı mandatından imtina etdi

"Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Mane Tandilyan mandatından imtina edir.

O, öz feysbuk səhifəsində bu barədə elan edib.

Deputat qərarını sağlamlıq problemləri ilə əlaqələndirib.

"Uzun müddətdir ki, işimlə paralel olaraq həll etməyə çalışdığım sağlamlıq problemlərim var. Ancaq aydın oldu ki, bu problemlər aktiv siyasi və parlament fəaliyyətlərimlə uyğun gəlmir... Vəzifəmdən istefa verməliyəm, eyni zamanda "Çiçəklənən Ermənistan" framskiyasının idarə heyətinin üzvlyündən də çıxmalıyam”, - Tandilyan yazıb.

O, sağlamlıq probleminin nə olduğunu qeyd etməyib. Media üçün əlavə şərh verməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Mane Tandilyan 2018-ci ildə Ermənistan Milli Məclisinin üzvü seçilmişdi./publika.az

Xəbər lenti