Xəzər Xəbər

Yəməndə yeni hökumət yaradılır

Dünya | 17:53 • 13 Avqust 2020
Yəməndə yeni hökumət yaradılır

Yəməndə yeni hökumət formalaşdırmaq üçün görüşlər başlayıb.


Bu barədə Yəmən prezidenti Abdurabbu Mansur Hadinin müşaviri Əbdülmalik əl-Mihlafi özünün "Twitter” hesabında yazıb.


O bildirib ki, ölkə prezidenti tərəfindən yeni hökuməti formalaşdırmaq üçün təyin olunan Muin Əbdülmalik artıq danışıqlara başlayıb.



Prezidentin müşaviri qeyd edib ki, danışıqlardan sonra hökumət qurulacaq.


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ötən il noyabrın 5-də Yəmən hökuməti ilə Müvəqqəti hökumət arasında qarşılıqlı müqavilə imzalanıb.


Lakin razılaşma təhlükəsizlik bəndlərinin tərəflər arasında yaratdığı fikir ayrılığı səbəbindən həyata keçirilə bilməyib.

Xəbər lenti