Xəzər Xəbər

Afrikada koronavirusa yoluxanların sayı 1 milyonu keçdi

Dünya | 14:32 • 7 Avqust 2020
Afrikada koronavirusa yoluxanların sayı 1 milyonu keçdi

Afrikada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb.


Bu göstəricinin yarısından çoxu Cənubi Afrika Respublikasının payına düşür.


Bu ölkədə 538 mindən çox şəxs koronavirusa yoluxub. Misirdə yoluxanların sayı 95 min nəfəri, Nigeriyada 45 min nəfəri keçib.


Afrikada bu günədək 1 011 872 nəfər koronavirusa yoluxub, 22 114 nəfər ölüb./Trend

Xəbər lenti