Xəzər Xəbər

Rusiya Beyruta 5 təyyarə göndərir Nazirlik məlumat yaydı

Dünya | 17:13 • 5 Avqust 2020
Rusiya Beyruta 5 təyyarə göndərir

Rusiya Fövqəladə Hallar Nazirliyi Livana 5 təyyarədə yardım göndərəcək.


Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.


Qeyd edilir ki, təyyarələrdə bir gün əvvəl güclü partlayışın baş verdiyi Beyruta mobil hospital, həkimlər və xilasedicilər, "Sentrospas” xilasedici dəstəsi, həmçinin, COVID-19-un aşkarlanması üçün laboratoriya ilə birgə "Rospotrebnadzor” mütəxəssislər çatdırılacaq.


Qeyd edək ki, dünən Beyrutda baş verən partlayış ən azı 100 nəfərin ölümünə səbəb olub.

Fransanın da Beyruta həkimlər və tibbi avadanlıqlar göndərdiyi bildirilir.

Xəbər lenti