Xəzər Xəbər

“Türkiyə ilə düşmən olmaq arzuolunmazdır” - Generaldan şok etiraf

Dünya | 15:35 • 3 Avqust 2020
“Türkiyə ilə düşmən olmaq arzuolunmazdır” - Generaldan şok etiraf

"Ərdoğanın küncə sıxışdırılmış, gücsüz olduğuğunu düşünmək yanlışdır. Çünki Türkiyə bütün geosiyasi platformalarda iştirak edir və ciddi bir oyunçu kimi qəbul olunur”.


Bunu Yunanıstanın keçmiş müdafiə naziri, general Yevangelos Apostolakis deyib.


General Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyindəki Türkiyənin Aralıq dənizinin şərqində regional güc olaraq yüksəldiyini söyləyib:


"Elə bir dövlət yoxdur ki, Türkiyə ilə münasibətlərinin pis olmasını arzu etsin. ABŞ Türkiyə ilə münasibətlərini qorumaq və bu ölkəni Qərbə doğru çəkmək üçün böyük səylər göstərir. Avropa Türkiyə ilə üz-üzə gəlməməyə çalışır. Ərdoğanın küncə sıxışdırılmış, gücsüz olduğunu düşünmək yanlışdır. Çünki Türkiyə bütün geosiyasi platformalarda iştirak edir və ciddi bir oyunçu kimi qəbul olunur”.


Apostolakis Yunanıstanın Türkiyəyə münasibətdə ehtiyatlı davranmalı və Ankaranın dialoq çağırışlarına müsbət cavab verməli olduğunu bildirib: "Mövcud geosiyasi və iqtisadi tarazlıq tərəziyə qoyulanda, avropalılar da Türkiyəni seçə bilər”./Teleqraf.com

Xəbər lenti