Xəzər Xəbər

İranda daha 154 nəfər koronavirusdan həyatını itirib

Dünya | 16:56 • 3 İyul 2020
İranda daha 154 nəfər koronavirusdan həyatını itirib

İranda karantin tədbirlərinin sərtləşməsinə baxmayaraq, koronavirusa yoluxanlar arasında ölüm halları artmaqda davam edir.


İranın Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son 24 saat ərzində 2566 nəfər virusa yoluxub, 154 nəfər isə həyatını itirib. Bununla da İranda ümumilikdə yoluxanların sayı 235 min 429 nəfərə, ölənlərin sayı 11 min 260-a çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 196 min 446 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiyada müalicə alan 3 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır.

Xəbər lenti