Xəzər Xəbər

Koronavirus bu ölkələrdə ŞİDDƏTLƏ ARTIR: Son sutkada 2213 nəfər öldü

Dünya | 10:05 • 2 İyul 2020
Koronavirus bu ölkələrdə ŞİDDƏTLƏ ARTIR:

Yeni növ koronavirus səbəbindən son 24 saatda Braziliyada 1038, Meksikada 741, Hindistanda 434 nəfər həyatını itirib.


XəzərXəbər xəbər verir ki, Braziliyada koronavirusdan ölənlərin sayı 60 min 632 olub, yoluxanların sayı isə son sutkada 46 min 712 nəfər artaraq 1 milyon 448 minə çatıb. Əhalisi 211 milyon olan Braziliya hal-hazırda Latın Amerikasında koronavirusun mərkəzidir.


Meksikada isə ölənlərin ümumi sayı 28 min 510-dur. Ölkədə koronavirusa yoluxanların sayı 231 min 770-ə çatıb.


Koronavirusun son günlər şiddətlə yayıldığı digər ölkə isə Hindistandır. Ölkədə 17 min 834 nəfər virusun qurbanı olub, yoluxanların sayı isə 604 minə yüksəlib.

Xəbər lenti