Xəzər Xəbər

Daha 18 ölkənin vətəndaşlarına Yaponiyaya gəlmək qadağan edilir

Dünya | 17:39 • 5 İyun 2020
Daha 18 ölkənin vətəndaşlarına Yaponiyaya gəlmək qadağan edilir

Yaponiya hökuməti koronavirusla mübarizə məqsədilə daha 18 ölkənin vətəndaşlarına buraya gəlişi qadağan etməyi planlaşdırır.


Bu barədə Xarici İşlər naziri Toşimitsu Moteqi iyunun 5-də keçirilən ənənəvi mətbuat konfransı zamanı bildirib. Nazir qeyd edib ki, bununla da Yaponiyaya vətəndaşlarının gəlişi qadağan edilən ölkələrin ümumi sayı 129-a çatacaq.


Bildirilir ki, rəsmi Tokio bu planı yoluxucu xəstəliklərin mövcud olduğu ölkələr barədə informasiyanın səviyyəsini üçüncü dərəcəyə qaldırılması barədə qərarın qəbulundan sonra elan edib. Yaponiya vətəndaşlarına həmin ölkələrə səfər etməmək tövsiyə olunur.


Xatırladaq ki, Azərbaycan, ABŞ, Rusiya, Çin və digər ölkələrin əvvəllər daxil edildiyi həmin siyahıya Kuba və Livan kimi ölkələr də əlavə olunub.


Bununla yanaşı, Yaponiya hökuməti virus yoluxmasının kəskin azaldığı Tailand, Avstraliya, Vyetnam və Yeni Zelandiyanın vətəndaşlarının ölkəyə gəlişinə icazə verməyə hazırlaşır.


T.Moteqi deyib ki, virusa qarşı mübarizə tədbirləri ilə iqtisadi fəallığın bərpası üçün atılan addımların balanlaşdırılması fövqəladə əhəmiyyətə malikdir. Nazir, həmçinin bildirib ki, hökumət koronavirus testlərinə, karantin tədbirlərinə və digər məsələlərə çox böyük diqqətlə yanaşır. (AZƏRTAC)

Xəbər lenti