Xəzər Xəbər

Tramp əmr verdi: ABŞ-ın ən güclü diviziyası Vaşinqtonda

Dünya | 12:25 • 3 İyun 2020
Tramp əmr verdi:

ABŞ hökuməti qaradərili Corc Floydun öldürülməsindən sonra başlayan etiraz aksiyalarına qarşı Vaşinqtona ordu yeridir.

Paytaxta gələcək 1500 Milli Qvardiya əsgəri Vaşinqton yaxınlarındakı hərbi hissələrə köçürülüb.

Məlumata görə, Andrevs hava bazasına 750 əsgər, 14 helikopter cəlb edilib.

Əsgərlərin bu mərhələdə hər hansı bir müdaxiləyə cəhd etməyəcəyi və sadəcə tədbir məqsədilə bölgəyə gətirildiyi qeyd edilib.

Əlavə edək ki, Prezident Donald Tramp bundan əvvəl elan etmişdi ki, ehtiyac yaranacağı təqdirdə ordudan ölkədə müşahidə edilən zorakılıqlara qarşı istifadə edəcək. Bəzi respublikaçı senatorlar da ordudan dəstək alınmasına müsbət yanaşmışdı.

Qeyd edilir ki, Vaşinqtona gətirilən 82-ci diviziya daha əvvəl İraqda yaşanan gərginliklər səbəbindən bu ölkəyə göndərilmişdi./teleqraf

Xəbər lenti