Xəzər Xəbər

ABŞ-ın Almaniyadakı səfiri istefa verib

Dünya | 18:37 • 2 İyun 2020
ABŞ-ın Almaniyadakı səfiri istefa verib

ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell istefa verib.


"Reuters"in verdiyi xəbərə görə, bu barədə səfirliyin sözçüsü bildirib.


"Səfir Qrenell iyunun 1-dən həm öz postundan, həm də Dövlət Departamentindən istefa verib”, - deyə sözçü vurğulayıb.


ABŞ Prezidenti Donald Trampın ən yaxın tərəfdaşlarından olan R. Qrenell iki il bu postda çalışıb. İki il müddətində R. Qrenell Almaniyanın NATO ilə bağlı siyasətini, habelə "Şimal Axını 2” qaz kəməri layihəsini tənqid edib.


Onun müavini Robin Quinville yeni səfir təyin olunana qədər müvəqqəti işlər vəkili olacaq.

Xəbər lenti