Xəzər Xəbər

Əsəd çətin durumda: Vəziyyət gərginləşir

Dünya | 11:33 • 1 İyun 2020
Əsəd çətin durumda: Vəziyyət gərginləşir

"Bəşər Əsəd rejimi 2011-ci ildə Suriyada savaşın başlamasından bəri ən pis günlərini yaşayır”.

Teleqraf.com xəbər verir ki, bu barədə "Vaşinqton Post” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, bu çətinlikləri Əsədin əmisi oğlu Rami Məxlufla arasındakı gərginlik, iqtisadiyyatın çökməsi və müttəfiqi ilə əlaqələrində yaranmış problemlər əhatə edir.

Qəzet ölkənin Dəra vilayətində yenidən silahlı qarşıdurmaların artmasına diqqət çəkib.

"Çatam Haus” düşüncə mərkəzinin analitiki Linda Xatib hesab edir ki, Əsədin getdikcə İran və Rusiyadan asılılığı artır: "Artıq onun əvvəlki beynəlxalq legitimliyi və ordusu yoxdur. İndiyədək olduğundan daha zəifdir”.

Nəşr Əsədin müttəfiqi Rusiya ilə münasibətlərinin gərginləşməyə başladığına da diqqət çəkib.

Rusiyanın Suriyadakı keçmiş səfiri Aleksandr Aleksonyonok artıq Əsədin Rusiyanın maraqlarına uyğun hərəkət etmədiyini, baş verənləri gözləri yumulu izlədiyini bildirib: "Artıq Rusiyanın səbir kasası dolur”.

Rus analitiklər Moskva və Dəməşq arasındakı münasibətlərdə kəskin dəyişiklik prosesinin başladığını istisna etmir.

Xəbər lenti