Xəzər Xəbər

Azərbaycan bayrağı Estoniyanın paytaxtında da işıqlandırılıb - FOTO

Dünya | 09:41 • 29 May 2020
Azərbaycan bayrağı Estoniyanın paytaxtında da işıqlandırılıb -

28 May - Respublika Günü münasibətilə Estoniyanın paytaxtı Tallindəki Azadlıq meydanında Azərbaycan bayrağı əks olunub.


Bu barədə Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli "Twitter" səhifəsində bildirib.


"Tallin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünü qeyd edir. Bu münasibətlə şəhərin əsas meydanı olan Azadlıq meydanı Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Bu vacib günü bizimlə qeyd etdiyi üçün Tallinə təşəkkür edirəm", - deyə səfir qeyd edib.


Xəbər lenti