Moskvada Böyük Vətən Müharibəsində qazanılan qələbənin 75 illiyi şərəfinə hərbi parad keçiriləcək.
Bununla bağlı Rusiya prezidenti Vladimr Putin göstəriş verib.
O, müdafiə nazirinə tapşırıq verib ki, parad iyunun 24-də "qırmızı meydan"da böyük təntənə ilə keçirilsin.
"Qələbə paradı iyunun 24-də keçiriləcək. Amma "Ölmümsüz alay" yürüşünün keçirilməsi mümkün olmayacaq. Çünki şəhərin küçələrində böyük insan axınının getdiyi bir vaxtda təhlükəsizliyin və sosial məsafənin sərt tələblərinin yerinə yetirilməsini təmin etmək mümkün deyil", - deyə dövlət başçısı bildirib.