Xəzər Xəbər

Vatikanda muzeylər açılır

Dünya | 16:08 • 23 May 2020
Vatikanda muzeylər açılır

Vatikanda koronavirus pandemiyası ilə əlaqədar bağlanmış muzeylər iyunun 1-dən fəaliyyətini bərpa edəcək.

Bunu Müqəddəs Taxt-tacın mətbuat xidməti bildirib.

Bundan başqa, Roma papasının Kastel-Qandolfoda yerləşən yay iqamətgahı da turist səfərləri üçün açılacaq.

Səfərlər yalnız əvvəlcədən alınmış biletlərlə mümkün olacaq. Muzeylərdə zəruri təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır.

Vatikan küçələri ilə ekoavtobuslarda səfərlərin bərpa olunduğu da deyilir.

Qeyd edək ki, Vatikanda muzeylər martın 9-dan etibarən bağlanmışdı./Trend

Xəbər lenti