Xəzər Xəbər

Pakistandakı təyyarə qəzasından iki nəfər sağ çıxdı

Dünya | 11:30 • 23 May 2020
Pakistandakı təyyarə qəzasından iki nəfər sağ çıxdı

"Pakistan International Airlines” şirkətinə məxsus "Airbus 320” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədəki 99 nəfərdən 97-si həlak olub.

Bu barədə Pakistanın Sind əyalətinin Səhiyyə Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.

Yenilənmiş informasiyaya görə, təyyarənin sərnişinlərindən ikisi sağ qalıb. Sağ qalanların vəziyyəti stabildir, onlar xəstəxanaya yerləşdirilib. Qəzada sağ çıxanlardan biri Pakistanın "Pəncab” bankının prezidenti Zəfər Məsuddur.

Pakistan hökuməti təyyarə qəzasının səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradıb.

Xəbər lenti