Xəzər Xəbər

ABŞ-dan Çinə qarşı ŞOK QƏRAR: türklərə görə...

Dünya | 10:38 • 23 May 2020
ABŞ-dan Çinə qarşı ŞOK QƏRAR: türklərə görə...

ABŞ Ticarət Nazirliyi Çin Xalq Təhlükəsizlik Nazirliyi Tibbi Məhkəmə Elmi İnstitutu və 8 Çin şirkətinə sanksiya tətbiqi haqqında qərar qəbul edib.

Sanksiya qərarı Sincan Uyğur Muxtar Bölgəsindəki uyğur türklərinə qarşı insan haqlarının pozulmasından dolayı verilib.

Nazirlikdən verilən açıqlamada sanksiya çərçivəsində sözügedən qurumların ABŞ texnologiyasından istifadə etmək məhdudlaşdırılacaq.

Bundan başqa, Çin mərkəzli 24 müxtəlif qurum da ABŞ-ın milli təhlükəsizlik və ya xarici siyasət maraqlarına zidd təşəbbüslərdə iştirak etdiyinə görə sanksiya siyahısına salınıb.

Qeyd edək ki, ABŞ Senatı 15 may tarixində uyğur türklərinə qarşı təzyiq siyasətinə görə Çinli vəzifəli şəxslərə sanskiya nəzərdə tutan qətnaməni qəbul etmişdi. Qanunun yaxın zamanda Nümayəndələr Palatasında yenidən təsdiqi və ABŞ prezidenti Donald Trampa təqdim edilməsi gözlənilir./publika.az

Xəbər lenti