Xəzər Xəbər

Bu aeroport fəaliyyətini bərpa etdi

Dünya | 16:47 • 22 May 2020
Bu aeroport fəaliyyətini bərpa etdi

Birləşmiş Ərəb Əmirliklərinin "Emirates” aviaşirkətinin beynəlxalq uçuşlara başlaması ilə əlaqədar mayın 22-də fəaliyyətə başlayan Dubay aeroportu sərnişinlərə müraciət edib.


Aeroport rəhbərliyinin bəyanatında sərnişinlərin Dubay Beynəlxalq Aeroportunun 3 nömrəli terminalında qəbul ediləcəyi bildirilir. Sərnişinlər COVID-19 virusuna qarşı zəruri tibbi yoxlamadan keçmək üçün uçuşdan dörd saat əvvəl hava limanına gəlməlidirlər. Bu vaxtdan öncə gələn sərnişinlər sıxlıq yaranmaması üçün terminala buraxılmayacaq. Bundan başqa, xüsusi qoruyucu tibbi vasitələri olmayanlar da binaya daxil ola bilməyəcəklər. Aeroportda sosial məsafə qaydalarına ciddi riayət olunacaq.


Məlumatda deyilir ki, aeroport binasında kafe, restoran və mağazaların fəaliyyəti də bərpa edilib.

Xəbər lenti