Xəzər Xəbər

Temperatur da artır, yoluxma da: İsti ölkədə qorxunc rəqəmlər

Dünya | 15:40 • 22 May 2020
Temperatur da artır, yoluxma da:

Braziliyada koronavirusa rekord həddə yoluxma qeydə alınıb - sutka ərzində 19,9 min nəfər. Beləliklə, ölkədə virusa yoluxanların sayı 296 min nəfərə yüksəlib.

Son statistikanı Səhiyyə Nazirliyi açıqlayıb.

Braziliya yoluxma sayına görə ancaq ABŞ və Rusiyadan geri qalır. ABŞ-da 1,6 milyon yoluxma qeydə alınıb. Rusiyada isə yoluxma faktı 317 min nəfərdir. Ancaq mütəxəssislər yaxın zamanda Braziliyanın bu siyahıda ikinci yerə çıxacağını təxmin edir. Ancaq hələ də ölkə Prezidenti Jair Bolsonar virusun ciddiliyinə inanmır. O,"Mənə bıçaqla hücum etdilər, sağ qaldım, indi virus məni öldürməyəcək",- deyib.

Ancaq ölkədə havanın hərarətinin getdikcə artması fonunda yoluxma hallarının da çoxlaması hökuməti təhlükəni qəbul etməyə vadar edib. Prezident özü isə ölənlərin ailələrinə başsağlığı verib. O, əhaliyə müraciətlə virusa qarşı malyariya dərmanından istifadəni məsləhət görüb./Cebhe.info

Xəbər lenti