Xəzər Xəbər

Dünyanın ən qara günü - Bu ölkədə yoluxma 400 mini keçdi, ölüm sayı...

Dünya | 15:45 • 8 Aprel 2020
Dünyanın ən qara günü -

Dünya miqyasında koronavirusa yoluxma sayı 1 milyon 435 min 324-ə çatıb.

Onlardan 82 min 210 nəfəri dünyasını dəyişib.

303 min 20-si sağalıb.

Son sutka ərzində 4 min 405 yeni yoluxma faktı aşkarlanıb. 176 nəfər dünyasını dəyişib.

Son gündə ən çox Rusiyada infeksiyaya yoluxma faktı qeydə alınıb – 1 175 nəfər. Ölüm sayına görə isə son sutkada Avstriya önə çıxıb – 30 nəfər.

ABŞ-da xəstəlik daşıyıcılarının sayı 400 mini ötüb. Onlardan 12 min 857 nəfəri dünyasını dəyişib. 21 min 711-i sağalıb. Bu ölüm sayı həm dünyada, həm də ABŞ-da bir gündə qeydə alınmış ən yüksək rəqəmdir./publika.az

Xəbər lenti