Xəzər Xəbər

Rusiyada koronavirusa yoluxanların sayı kəskin artdı

Dünya | 15:44 • 30 Mart 2020
Rusiyada koronavirusa yoluxanların sayı kəskin artdı

Rusiyada yeni növ koronavirusa yoluxanların sayı artıb.

"RİA Novosti” operativ qərargaha istinadən xəbər verir ki, son sutka ərzində Rusiyanın 35 regionunda 302 nəfərdə koronavirus aşkar edilib. Onlardan 17-si uşaqdır.

Hazırda Rusiyada koronavirus pandemiyasına yoluxanların ümumi sayı 1836 nəfərdir. Səkkiz nəfər virusun qurbanı olub. Ən çox virusa yoluxma halı paytaxt Moskvada qeydə alınıb – 1226 nəfər./oxu.az

Xəbər lenti