Xəzər Xəbər

Türkiyədə koronavirusdan ölənlərin sayı yüzü ötüb

Dünya | 09:07 • 29 Mart 2020
Türkiyədə koronavirusdan ölənlərin sayı yüzü ötüb

Türkiyədə Yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 108 nəfərə çatıb. Onların 16-sı martın 28-də vəfat edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilir ki, bu gün ümumilikdə 7 min 641 nəfər üzərində müayinə aparılıb. Onlardan 1704 nəfərdə infeksiya aşkarlanıb. Beləliklə, ölkə üzrə 7 min 402 nəfər infeksiyadan müalicəyə cəlb olunub. Xəstələrdən 445 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 28-dən etibarən Türkiyədə COVID-19 ilə mübarizə tədbiləri daha da sərtləşdirilib. Ölkə üzrə şəhərlərarası və yaşayış məskənləri daxilindəki nəqliyyatın hərəkəti 80 faiz məhdudlaşdırılıb. Ölkə əhalisindən rəsmi və ictimai qaydalarla "Evdə qal!” çağırışına əməl etmək tələb olunur.

Xəbər lenti