Xəzər Xəbər

Senatordan Trampa: Bu 3 ölkəyə başa salmalıyıq!

Dünya | 14:26 • 19 Mart 2020
Senatordan Trampa:

Amerikalı senator Kevin Kramer ABŞ Prezidenti Donald Trampı Rusiya, Səudiyyə Ərəbistanı və OPEK üzvlərindən neft idxalına qadağa qoymağa çağırıb.

Bu məlumatı "Blumberq” agentliyi yayıb.

Kramer bu ölkələrin ucbatından neft bazarında böhran yarandığını və bunun üçün də belə bir addımın atılması gərəkdiyini deyib:

"Biz gərək dərhal siqnal verək. Onlara başa salmalıyıq ki, ABŞ-ı qorxutmağa gərək yoxdur”./axar.az

Xəbər lenti