Xəzər Xəbər

Koronavirusla bağlı tarixi gün – Trampdan kritik anons

Dünya | 17:57 • 18 Mart 2020
Koronavirusla bağlı tarixi gün

Dünyada cəmi bir neçə ölkədə yayılmayan koronavirusun yoluxduğu insanların sayı 200 min nəfəri keçib.

Yeni tip koronavirus "Kovid-19” ötən ilin dekabr ayından bəri 8 min nəfərdən çox insanın həyatına son qoyub.

Son saatlarda İranda 147, İspaniyada 65 nəfər vəfat edib. Bundan başqa, Cibuti, Qambiya və Qırğızıstan kimi ölkələrdə də ilk koronavirusa yoluxma halları qeydə alınıb.

Vəziyyətin təhlükəli həddi aşdığı bir vaxtda ABŞ Prezidenti Donald Tramp axşam saatlarında koronavirusla bağlı önəmli açıqlama verəcəyini bildirib.

Amerika başçısının koronavirusun peyvəndinin hazırlanması ilə bağlı açıqlama verəcəyi gözlənilir./teleqraf

Xəbər lenti