Xəzər Xəbər

Ermənistan ordusunda koronovirus yayılıb

Dünya | 16:16 • 26 Fevral 2020
Ermənistan ordusunda koronovirus yayılıb

Ermənistan ordusunda hərbi qulluqçular arasında yoluxucu xəstəliklərin tüğyan etdiyi bir vaxtda növbəti hadisə baş verib.


Xezerxeber.az erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistanda sosial şəbəkələrdə yayılan məlumatlara görə, Qafanda yerləşən hərbi hissələrdən birində xidmət edən hərbi qulluqçu İqor Sarkisyan koronovirusa yoluxduğu üçün təcili hospitala yerləşdirilib. Bir neçə gün əvvəl hərbi qulluqçunun koronovirusa yoluxduğuna dair xəbər verilməsinə baxmayaraq, bu, onun valideynlərindən və ictimaiyyətdən gizlədilir. Hərbi qulluqçu təcrid edilərək karantinə alınıb. Onun ailə üzvləri ilə əlaqə saxlanılmasına da icazə verilmir.


Ermənistan rəhbərliyi ölkədə bu xəstəliyin aşkar edilmədiyi və koronovirusla mübarizə aparmaqla bağlı açıqlamalar verməklə əhalini sakitləşdirməyə çalışır.

Xəbər lenti