Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə telefonda söhbət edəcək.
Telefon danışığı bu gün Türkiyə vaxtilə saat 18:00-da baş tutacaq.
Məsələ ilə bağlı açıqlama verən prezident bildirib ki, danışığın əsas mövzusu İdlib şəhərindəki son vəziyyət olacaq.
"Şiddətli döyüşlər davam edir. Müxaliflərlə rejim arasında gedən atışmada 2 şəhidimiz var. Cavabında 150 rejim ünsürü zərərsizləşdirildi. Çox sayda avtomobil məhv edildi. Son rəqəmlər: 12 tank, 3 zirehli döyüş maşını, 14 top, 2 silahlı pikap. Mübarizəmiz davam edir. Axşamkı söhbətimiz mövqeyimizi müəyyən edəcək. İdlib xalqına zülmə son verilmədiyi müddətcə bizim oradan geri çəkilməyimiz müzakirə mövzusu belə deyil. Burada bu zülm dayanacaq. 1 milyona yaxın insan sərhədimizə köç edir. Biz bu insanları hara yerləşdirəcəyik?”, - Ərdoğan bildirib.
Liviyanın qiyamçı generalı Xəlifə Haftar haqqında danışan türk lider onu "maaşlı legioner” adlandırıb: "Qanuni biri deyil, illeqaldır. Qanuni lider Sərracdır. Liviya xalqı ilə 500 illik dostluğumuz var”.
publika.az