Xəzər Xəbər

Qətərdən Ərdoğana dəstək: Şeyx kisənin ağzını açdı – İdlib məsələsi

Dünya | 17:13 • 21 Fevral 2020
Qətərdən Ərdoğana dəstək:

Qətərdə fəaliyyət göstərən "Qatar Charity” xeyriyyə fondu Suriya-Türkiyə sərhədlərindəki qaçqınlara 200 ton humanitar yardım göndərəcək.

Qaçqınlar üçün ayrılan ümumi vəsaitin həcminin 4 milyon dollar olduğu açıqlanıb.

Yardımın 864 min nəfər arasında bölüşdürüləcəyi bildirilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdən Türkiyə sərhədlərinə doğru hərəkət edən 2 milyondan çox insana humanitar yardım üçün dünya ölkələrinə müraciət etmişdi./teleqraf

Xəbər lenti