Xəzər Xəbər

30 şahzadəni casus bilərziklə izləyir Sensasion iddia

Dünya | 15:59 • 28 Yanvar 2020
30 şahzadəni casus bilərziklə izləyir

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman barədə sensasion iddia yayılıb.

"New Gulf" nəşri Salmanın rəqib gördüyü 30-dan çox şahzadə ailəsini İsrail istehsalı olan casus elektron bilərziklə izlədiyi barədə məlumat yayıb.

İddialara görə, elektron bilərziklərlə izlənənlər arasında keçmiş vəliəhd şahzadə Məhəmməd bin Nayef və Milli Qvardiyanın sabiq rəhbəri Miteb bin Abdullah da var.

Körfəz mənbələri şahzadə Salmanın İsrailin NSO şirkətinin istesahlı olan casus bilərziklərlə müxalifəti təqib etməsinin səbəbini hücum cəhdlərinin qarşısını almaqla əlaqələndirirlər./teleqraf

Xəbər lenti