İranla ticarət əlaqələrinə davam edən Çin və BƏƏ-yə qarşı sanksiyalar tətbiq olunacaq.
Bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib. O bildirib ki, İrana qarşı tətbiq olunan sanksiyalar həmin ölkə ilə ticarət əlaqələrini davam etdirən ölkələrə də aid ediləcək:
"İran rejimi yanlış davranışını dəyişdirənə qədər sanksiya rejimi davam edəcək. Həmçinin, İranın neft və neft-kimya sənayesi ilə əlaqəli olan Çin və BƏƏ şirkətləri üçün sanksiyalara da başlayacağıq. Kim İranın fəaliyyətini dəstəkləyərsə, bunun nəticələrinə də hazır olmalıdır”./axar.az