Xəzər Xəbər

ABŞ “doğum turizmi”nə qarşı mübarizəyə başlayır

Dünya | 11:48 • 24 Yanvar 2020
ABŞ “doğum turizmi”nə qarşı mübarizəyə başlayır

Tramp Administrasiyası "doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib.


Ağ Ev yanvarın 23-də hamilə qadınlara ABŞ vizalarının verilməsi qaydalarını sərtləşdirib.


Administrasiyanın bəyanatında deyilir ki, ABŞ Dövlət Departamenti sui-istifadə hallarının qarşısını almaq üçün Birləşmiş Ştatlarda uşaq doğmağa çalışan əcnəbi hamilə qadınların ölkəyə gəlişini qadağan edəcək, çünki Amerika qanunlarına görə, ölkədə doğulan körpəyə avtomatik olaraq vətəndaşlıq verilir.


Məlumdur ki, Tramp avtomatik vətəndaşlıq verilməsi praktikasının əleyhinə olub və bu praktikanı bitirəcəyi ilə hədələyib. Dövlət Departamenti yeni qaydanın icrasına bu gündən etibarən başlayır. (AZƏRTAC)

Xəbər lenti