Xəzər Xəbər

Şimali Koreyadan dünyaya nüvə elanı: İmtina etdilər

Dünya | 16:43 • 22 Yanvar 2020
Şimali Koreyadan dünyaya nüvə elanı:

"Şimali Koreya nüvə məsələsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməyəcək”.

Pxenyan adminstrasiyasının bəyanatında belə deyilir. Bildirilir ki, Pxenyan ABŞ-a yeni nüvə müqaviləsinin şərtlərinin müəyyən edilməsi üçün 2019-cu ilin sonuna qədər vaxt vermişdi. "Lakin Vaşinqton ciddi addım atmadığına görə Şimali Koreya öhdəliklərdən imtina edir” - deyə açıqlamada vurğulanıb.

Bəyan edilib ki, ABŞ düşməncə davranışlarını davam etdirərsə, Koreya yarımadasında nüvəsizləşdirmə prosesi əsla baş tutmayacaq./publika.az

Xəbər lenti