Xəzər Xəbər

Liviya marşalın hücumundan müdafiəyə hazırlaşır - Dron həmləsi

Dünya | 11:54 • 16 Dekabr 2019
Liviya marşalın hücumundan müdafiəyə hazırlaşır - Dron həmləsi

Liviya milli barış hökuməti feldmarşal Xəlifə Haftarın Tripoliyə mümkün hücumunun qarşısını almaq üçün bütün imkanlarını səfərbər edib.

Hökumət Misrata yaşayış məntəqəsində faktiki fövqəladə vəziyyət elan edib və səfərbərlik həyata keçirir.

Burada bütün güc və imkanlar Haftarin Tripoli istiqamətli "Aydınlaşdırıcı müharibə” adını verdiyi əməliyyata qarşı səfərbər olunur.

Qeyd edək ki, Liviyanın şərq hissəsində hakimiyyəti silah gücünə ələ keçirən feldmarşal Xəlifə Haftar dekabrın 12-dən başlayaraq paytaxt Tripoliyə hücum əmrini verib.

Bu mərhələdə Birləşmiş Ərəb Əmirliyi Liviya məsələsində faktiki marşal Haftarla birlikdə hərəkət edir. Liviya milli hökumətinin qalası sayılan Misrataya dronlar vasitəsilə hücumlar təşkil edilib./teleqraf

Xəbər lenti