Xəzər Xəbər

20 il əvvəl itən məşhur rəsm əsəri muzeyin divarından çıxdı FOTO

Dünya | 18:05 • 12 Dekabr 2019
20 il əvvəl itən məşhur rəsm əsəri muzeyin divarından çıxdı

Avstriyalı rəssam Qustav Klimtin "Qadın portreti” əsəri Pyaçentsa şəhərindəki Riççi Oddi qalereyasının divarında fəhlələr tərəfindən aşkar olunub.


"RİA Novosti” xəbər verir ki, 1997-ci ildə yoxa çıxan rəsm axtarışda olan ən tanınmış sənət əsərlərindən sayılır.


Rəsm qalereyanın çöl divarının arakəsməsində qara çantanın içində tapılıb. Fəhlələr onu divarları təmizləyərkən təsadüfən aşkar ediblər.


Sənət əsəri orijinallığının təsdiq edilməsiüçün ekspertizaya göndərilib.


oxu.az

Xəbər lenti