Xəzər Xəbər

Rusiya, Türkiyə və İran Suriya neftinə dair birgə bəyanat yayıb

Dünya | 12:39 • 12 Dekabr 2019
Rusiya, Türkiyə və İran Suriya neftinə dair birgə bəyanat yayıb

Rusiya, Türkiyə və İran Suriyanın neft gəlirlərinə dair birgə bəyanat yayıb.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, Astana prosesinin iştirakçısı olan ölkələr – Rusiya, Türkiyə və İran Suriyanın neft gəlirlərinin müsadirə olunmasına qarşı çıxdıqlarını açıqlayıblar. Birgə bəyanatda deyilir ki, həmin 3 ölkə Suriyanın neft gəlirlərinin müsadirə edilməsindən narazıdır: "Rusiya, Türkiyə və İran Suriyaya məxsus neft gəlirlərinin hüquqazidd olaraq müsadirə olunmasından və həmin vəsaitin istifadə edilməsindən narahatdır”.


Qeyd edək ki, bu bəyanat Rusiya, Türkiyə və İran nümayəndələrinin Qazaxıstan paytaxtı Nur-Sultandakı danışıqlarının 14-cü görüşündə sonra yayımlanıb.

Xəbər lenti