Türkiyənin Şırnak şəhərinin İdil qəsəbəsində bomba partlayıb.
Xezerxeber.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, PKK terrorçuları tərəfindən yerləşdirilmiş bombanın partlaması nəticəsində 2 nəfər ölüb , 7 nəfər yaralanıb.
Hadisə təhlükəsizlik qüvvələri bombanı zərərsizləşdirməyə çalışarkən baş verib.