Xəzər Xəbər

Əsəd Türkiyəyə yaxın iş adamını həbs etdirdi – Əbu-Dabidə əməliyyat

Dünya | 12:42 • 5 Dekabr 2019
Əsəd Türkiyəyə yaxın iş adamını həbs etdirdi

Əsəd rejiminə müxalifətdə olan, Suriyada müxalifəti dəstəkləyən və Türkiyənin keçirdiyi "Sülh çeşməsi” əmliyyatına dəstəyini ifadə edən suriyalı iş adamı Məhəmməd əl-Masri həbs edilib.

Masri Birləşmiş Ərəb Əmirliyində Bəşər Əsədin tələbi üzrə saxlanılıb.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirlikləri 2011-ci ildə Dəməşqdəki səfirliyini bağlayıb və 7 illik fasilədən sonra 2018-ci ildə yenidən səfirliyi açıb. Bundan sonra Dəməşqin tələbi ilə Əbu-Dabidə yaşayan suriyalı iş adamı Masri həbs edilib. Onun Suriyaya ekstradisiya ediləcəyi gözlənilir. O, terror təşkilatlarını maliyyələşdirməkdə ittiham olunur.

Suriya müxalifətini dəstəkləyən və vətəndaş müharibəsindən sonra Birləşmiş Ərəb Əmirliyinə gedən Masri Türkiyənin YPG/PKK-ya qarşı başlatdığı "Sülh çeşməsi” əməliyyatını da dəstəkləyib.

O, hətta Türkiyənin YPG-dən təmizlədiyi ərazilərdə iqtisadi layihələrin Suriya xalqını gücləndirəcəyini deyib və bu plana maddi dəstəyini ifadə etmişdi./teleqraf

Xəbər lenti