Xəzər Xəbər

Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham olunub

Dünya | 19:50 • 4 Dekabr 2019
Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham olunub

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham olunub.


Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, ölkənin Xüsusi İstintaq Komitəsi S.Sarkisyana qarşı müvafiq ittiham irəli sürüb.


Komitənin məlumatında deyilir ki, sabiq prezident 2013-cü il 25 yanvar-7 fevral tarixləri arasında dövlət büdcəsindən xərcləmə yolu ilə 1 milyon dollardan çox vəsaiti mənimsəyib.


Qeyd edək ki, S.Sarkisyan 2018-ci ilin aprelində baş nazir seçildikdən qısa müddət sonra etiraz aksiyaları nəticəsində istefa vermişdi.

Xəbər lenti