16:44
Almaniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın bu ölkədəki səfirliyinin iki nəfər əməkdaşını "persona non grata” elan edib.
Xezerxeber.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, buna səbəb Gürcüstan vətəndaşı Zəlimxan Xanqoşvilinin qətlə yetirilməsidir.
Belə ki, adıçəkilən Gürcüstan vətəndaşı avqustun 23-də Berlində öldürülüb. Berlin polisi isə qətli törətməkdə şübhəli bilinən şəxsin 49 yaşlı Rusiya vətəndaşı olduğunu açıqlayıb.
Nazirlik artıq məsələ ilə bağlı mövqeyini Rusiya səfirliyinə çatdırıb.
Rusiya tərəfinin cavabı isə özünü çox gözlətməyib. Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov iddiaları tamamilə əsassız adlandırıb.
Xatırladaq ki, avqustun 23-də Berlində çeçen əsilli Gürcüstan vətəndaşı, Aslan Məshədov və Şamil Basayevin yaxın tərəfdarı Zəlimxan Xanqoşvili qətlə yetirilib.