Xəzər Xəbər

Fransada miqrantların hüquqlarının pozulmasına etiraz olaraq nümayiş keçirilib

Dünya | 15:43 • 4 Dekabr 2019
Fransada miqrantların hüquqlarının pozulmasına etiraz olaraq nümayiş keçirilib

Fransada bir çox qeyri-hökumət təşkilatları (QHT) ölkə sərhəddində olan miqrantların əsas azadlıqlarının pozulması və çətin vəziyyətinə ictimaiyyətin diqqətini cəlb etmək məqsədi ilə 5 sərhəd şəhərində-Brianson, Kale, Dunkerq, Endey və Manton şəhərlərində nümayişə çıxıblar.


AZƏRTAC xəbər verir ki, QHT-lər miqrantların əsas azadlıqlarının pozulması, adi sanitar və sosial şəraitin yaradılmaması, sığınacaqların dağıdılması, valideynlərsiz olan azyaşlıların müdafiə edilməməsi, miqrantlara qarşı kobud davranış kimi halların araşdırılması üçün parlamentarilərdən ibarət araşdırma komissiyasının yaradılmasını tələb edirlər.


Bəzi şəhərlərin deputatları sərhəd polis məntəqələrində saxlanılan miqrantlara baş çəkmək istəsələr də, polis onlara rədd cavabı verib.


Qeyd edək ki, "Əyilməz Fransa” siyasi Partiyası tərəfindən cari ilin noyabr ayında Avropa sərhədlərində 1993-cü ildən bəri həlak olan miqrantların sayına uyğun olaraq "#37314morts" həştaq kampaniyası keçirməyi irəli sürüb.

Xəbər lenti