Xəzər Xəbər

Şok gəlişmə: Rusiya YPG ilə anlaşdı – Türkiyəyə gözlənilməz zərbə

Dünya | 12:42 • 4 Dekabr 2019
Şok gəlişmə: Rusiya YPG ilə anlaşdı

Rusiya və PYD/YPG terror təşkilatı arasında anlaşma əldə edilib.

Bu barədə sözügedən təşkilata bağlı "Rudav” telekanalı məlumat yayıb.

Məlumata görə, Rusiyanın Suriyadakı hərbi qüvvələrinin komandanı Aleksandr Çayko PYD/YPG təşkilatlarının lideri Şahin Cilo ilə görüşüb. Görüşün rus generalın getdiyi PYD-YPG düşərgəsində baş tutub.

Görüşdə Türkiyə ordusunun əməliyyat planlaşdırdığı bölgələrdə rus hərbi qüvvələrinin yerləşdirilməsi razılaşdırılıb. İddiaya görə, türk ordusuna mane olmaq istəyən Rusiya Ayn İssa, Təl Tamir və Amuda bölgələrinə öz hərbi bazalarını dislokasiya edəcək.

Bu üç ərazi Təl Abyad və Rəsulayn arasında türk ordusunun Azad Suriya Ordusu ilə birlikdə nəzarət etdiyi bölgənin yaxınlığında yerləşir. Bu ərazilərin ətrafında türk ordusu və terrorçular arasında qarşıdurma yaşanır./teleqraf

Xəbər lenti