Xəzər Xəbər

“Səudiyyə Ərəbistanı ilə münasibətləri qaydaya salmağa hazırıq” Həsən Ruhani

Dünya | 12:38 • 4 Dekabr 2019
“Səudiyyə Ərəbistanı ilə münasibətləri qaydaya salmağa hazırıq”

İran Prezidenti Həsən Ruhani Tehranın Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmağa hazır olduğunu açıqlayıb.

Bu barədə TASS İran liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

H.Ruhaninin sözlərinə görə, "Tehranın nöqteyi-nəzərindən qonşularla əməkdaşlığın inkişafı və Səudiyyə Ərəbistanı ilə əlaqələrin bərpası üçün heç bir problem yoxdur”.

O, Səudiyyə Ərəbistanının Suriya, İraq və Livandakı siyasətinin "onlara heç bir uğur gətirmədiyini” qeyd edib və Ər-Riyaddakı səlahiyyətlilərin münasibətlərini dəyişdirəcəyinə ümid etdiyini bildirib.

"Biz əminik ki, regionda sabitliyin və təhlükəsizliyin təmin olunması məsələsində bütün ölkələr birləşməlidir”, – deyə prezident vurğulayıb.

Bundan əvvəl Ruhani, Səudiyyə kralı Salman bin Əbdül-Əziz əl-Səuda regional təhlükəsizlik sahəsində əməkdaşlıq təklifi ilə bağlı məktub yazmışdı.

Oktyabrın 14-də Səudiyyə Ərəbistanı ilə münasibətlərdən danışan İran lideri, iki ölkə arasındakı münasibətlərdə əsas problemlərdən birinin Yəməndəki silahlı qarşıdurma olduğunu bildirmişdi./teleqraf

Xəbər lenti