Xəzər Xəbər

Serbiya Azərbaycan təbii qazını 2023-cü ildə Bolqarıstan vasitəsilə almağı planlaşdırır

Dünya | 21:34 • 2 Dekabr 2019
Serbiya Azərbaycan təbii qazını 2023-cü ildə Bolqarıstan vasitəsilə almağı planlaşdırır

Serbiya Azərbaycan təbii qazını 2023-cü ildə Bolqarıstan vasitəsilə almağı nəzərdə tutur.


Bu barədə Serbiyanın Enerji naziri Aleksandr Antik Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməzlə görüşü zamanı deyib.


O bildirib ki, Bolqarıstandan keçərək Serbiyanı Cənub Qaz Dəhlizinə birləşdirəcək hissənin 2022-ci ildə tamamlanması gözlənilir.


Nazir Cənub Qaz Dəhlizinin Cənub-Şərqi Avropada enerjinin şaxələndirilməsinə töhfə verəcəyini vurğulayıb.


Qeyd edək ki, ötən ilin mayında Serbiya ilə Bolqarıstan iki ölkə arasında qaz xəttinin inşası ilə bağlı saziş imzalayıb. Sənədə əsasən, həmin xəttin inşası 2022-ci ildə başa çatacaq.


Cənub Qaz Dəhlizi müxtəlif maraqlı tərəfləri - o cümlədən 7 ölkəni və 11 şirkəti özündə birləşdirən mürəkkəb layihədir. O, ilk dəfə olaraq Azərbaycan təbii qazını Avropa bazarına çatdırmaqla qitənin enerji xəritəsini dəyişəcək. (AZƏRTAC)

Xəbər lenti