Xəzər Xəbər

Rusiya nəhəng qaz kəmərini istifadəyə verdi

Dünya | 14:36 • 2 Dekabr 2019
Rusiya nəhəng qaz kəmərini istifadəyə verdi

Rusiya və Çin "Sibir gücü” qaz kəmərini istismara verib.

Bu məlumatı TASS agentliyi yayıb. Qaz kəmərinin istifadəyə verilməsi tədbirində hər iki ölkənin lideri telekörpü vasitəsilə iştirak edib.

Qeyd edək ki, "Sibir gücü” kəməri "Qazprom” və CNPC şirkətlərinin ortaq layihəsidir. Qaz kəməriylə ildə 38 milyard kubmetr qaz ixracı nəzərdə tutulur./axar.az

Xəbər lenti