Xəzər Xəbər

Davudoğlunun partiyasını elan edəcəyi – Tarix açıqlandı

Dünya | 13:51 • 2 Dekabr 2019
Davudoğlunun partiyasını elan edəcəyi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) ayrılaraq partiya yaratmaq istiqamətində səy göstərən keçmiş baş nazir Əhməd Davudoğlu dekabrın 16-da yeni partiyasını elan edəcək.

Partiyanın adı və loqosu hələ dəqiqləşməsə də, Davudoğlu yanvar ayının sonuna qədər vilayət və rayon başçılarını seçərək, gözlənilən növbədənkənar seçkilərdə iştirak etməyi hədəfləyir.

Qeyd edilir ki, Ə.Davudoğlu yeni partiya yaratmaq istiqamətində işləri son vaxtlar daha da sürətləndirib. Onun partiyasını dekabrın 16-da elan edəcəyi də bu məqsədlə iki günlük getdiyi Bolu vilayətində məlum olub. Keçmiş baş nazirin yeni partiyasının təsisçi üzvlərinin sayının 100 nəfərə yaxın olduğu bildirilir. O da bildirilib ki, dekabrın 16-da təsisçilər partiyanın baş katibini, onun müavinlərini və idarə heyətini seçəcəklər. Bu görüşdə partiyanın adı və loqotipi dəqiqləşdiriləcək.

"Yeniçağ” qəzetinin yazarı Orhan Uğurluoğlu yazır ki, partiyanın adı, əlbəttə önəmlidir, amma daha önəmli olan partiyanın məramı və kadrlarıdır:

"Davudoğlu və partiyasının məqsədi 81 əyalət və rayon üzrə sədrləri yanvar ayının sonunadək açıqlamaq və may ayında qurultay keçirərək gözlənilən növbədənkənar seçkilərdə iştirak etmək hüququna sahib olmaqdır. Professor Əhməd Davudoğlu və silahdaşları dekabrın 16-da Daxili İşlər Nazirliyinə müraciət edərək, rəsmi şəkildə partiyalarını təşkil edəcəklər”./Teleqraf.com 

Xəbər lenti